Kəmalə Piriyeva: "Türk seriallarına həsəd aparıram"
"Ən əsas məsələ güclü ssenaridir. Ondan sonra komanda, kim çəkəcək. Fil komanda işidir, aktyor, ssenarist, operator yaxşı olmalıdır ki, ortaya keyfiyyətli iş çıxsın. Buna görə də bir çox məqama diqqət etmək lazımdır. Amma mənim üçün ilk faktor hər zaman ssenari və obrazdır".
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, bu sözləri aktrisa Kəmalə Piriyeva "Mədəni şou"da deyib.
Aktrisa türk seriallarına həsəd apardığını gizlətməyib:
"Qısqanclıq yox, amma həsəd var. İstərdim ki, bizdə də belə layihələr olsun. Pul... Azərbaycanda istedadlı aktyorlar, aktrisalar, ssenaristlər, rejissorlar, rəssamlar, texniki və yaradıcı heyət var. Sadəcə əsas problemlərdən biri maliyyə və dəstək məsələsidir. Bu sahədə pul həqiqətən vacib faktordur".
Oxşar xəbərlər
51 yaşlı İlhan Mansızın oğlu ilə bənzərliyi müzakirələrə səbəb oldu
Keçmiş futbolçu İlhan Mansız bu dəfə oğlu ilə gündəmə gəlib. BAKU.WS xəbər veri ki, idmançının azyaşlı oğlu İmre Leonun atasına bənzərliyi müzakirələr yaradıb....