Türk aktyor Ali Tutal 76 yaşında vəfat etdi
Türkiyənin tanınmış aktyoru Ali Tutal 76 yaşında dünyasını dəyişib. "Güneşi Gördüm", "Bereketli Topraklar Üstünde" və "Hükümet Kadın" kimi bir çox filmlərdə rol alan usta aktyor, keçən ay başına gələn beyin qanaması səbəbindən xəstəxanaya yerləşdirilmiş və bir müddət reanimasiyada müalicə almışdı.
BAKU.WS xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin sosial hesabından yayılan açıqlamada Tutalın vəfatı təsdiqlənib. Paylaşımda qeyd olunub:
"Türk teatrı və ekranlarının dəyərli simalarından, usta aktyor Ali Tutalın vəfatını dərin hüznlə öyrəndik. Sənət həyatı boyunca mədəniyyət və sənətimizə böyük töhfələr verən Ali Tutalın ruhuna Allahdan rəhmət, ailəsinə, yaxınlarına və sənət dünyasına başsağlığı diləyirik. Məkanı cənnət olsun."
Diyarbəkirdə 1950-ci ildə dünyaya gələn Ali Tutal, karyerasına 1976-cı ildə "İzin" filmi ilə başlamış və 50-dən çox film ilə bir çox televiziya serialında yer almışdır.
Oxşar xəbərlər
"A.B.İ." serialında gözlənilməz ayrılıq - Məşhur aktrisa layihəni tərk edir
Aktrisa Afra Saraçoğlu "A.B.İ." serialını tərk edəcək. BAKU.WS xəbər verir ki, layihədə vəkil Çağla obrazını canlandıran aktrisanın vida səhnələri artıq çəkili...