Tünzalə Ağayevadan təqdirə layiq addım
Hər zaman sosial layihələrdə iştirak edən Xalq artisti Tünzalə Ağayeva bu dəfə də ənənəsinə sadiq qalıb.
BAKU.WS xəbər verir ki, sənətçi "Dünya Autizm Məlumatlandırma günü"ndə autizmli uşaqlarla görüşüb.
O, onlarla birlikdə əyləncəli vaxt keçirib, mahnılar ifa edib. Müğənni illər əvvəl Murad Ariflə birgə yaratdığı "Fərqliyəm, sizdən biriyəm" mahnısını oxuyub.
Xalq artisti səmimi görüş haqqında bunları söyləyib:
"Mən artıq uzun illərdir autizmli uşaqlarla dostluq edirəm. Bir səfir kimi ictimai yerlərdə olub onların sözünü, səsini çatdırmağı özümə daim borc bilmişəm və bundan sonra da bacardığım qədər onların yanında olacağam".
Sözügedən görüntüləri təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
Merve Özbey səhnədən yıxıldı - Qolu sındı
Məşhur müğənni Merve Özbeyin başına iş gəlib. BAKU.WS xəbər verir ki, o konsert zamanı səhnədən yıxılıb. İfaçının komandası tərəfindən ona ilk tibbi yardım...