Tünzalə Ağayeva məşhur mahnısını hamam təmizləyərkən yazıb

Tünzalə Ağayeva məşhur mahnısını hamam təmizləyərkən yazıb
Şou-biznes 311

Xalq artisti Tünzalə Ağayeva bir neçə il əvvəl sevənlərə təqdim etdiyi "Xoş gəldin, gülüm" adlı məşhur ifasının necə ərsəyə gəldiyindən danışıb.

BAKU.WS xəbər verir ki, “Özəl” proqramının qonağı olan sənətçi bu musiqisini hamamda təmizlik işi görərkən ərsəyə gətirdiyini deyib:

“Bir gün Moskvadan evə qayıdırdım. Həmin vaxt telefonum sönmüşdü. Açan kimi gördüm ki, Mələk Xəlil mənə ismarıc göndərib, “Xoş gəldin dünyama, suyu qurumuş dəryama” yazıb.

Çox xoşum gəldi, dedim, "Mələk Xəlil, davamını gətir, bunu şeirə çevirək".

Bir neçə gün bu sətirlər ağlımda idi, hətta evdə hamam təmizləyirdim, o vaxt başladım ifa etməyə. Gözəl bir mahnı alındı və hər kəs tərəfindən sevildi”.

Qeyd edək ki, sözügedən mahnının musiqisi müğənninin özünə, sözləri isə Məlik Xəlilə məxsusdur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər