Tünzalə Ağayeva: "İnsanı insan edən əsas dəyər elə sevgidir"
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Tünzalə Ağayeva İTV-də yayımlanan "Sabahın xeyir, Azərbaycan" verilişinin qonağı olub.
BAKU.WS xəbər verir ki, sənətçi layihənin ən sevilən "Məşhura sual" rubrikasında iştirak edib.
Sosial şəbəkə istifadəçilərdən gələn maraqlı sualları cavablandıran sənətçi bir sıra maraqlı açıqlamalar edib.
Tünzalə xanıma görə indiki dövrdə belə həqiqi sevgi varmı sualını belə cavablandırıb:
"Sevgi həmişə var. Yer üzü ona görə balanslıdır ki, orda ali dəyərlər yaşayır. İnsanı insan edən əsas dəyər elə sevgidir. Mən sevgisiz Tünzalə olmazdım. Mikayıl Müşfiq balaca ömründə bizə böyük sevgidən danışıb və biz də ondan öyrənirik".
Ağayeva həmçinin "Bu qədər uğur əldə etdikdən sonra hazırda ən böyük arzunuz nədir?" sualına da özünəməxsus şəkildə cavab verib:
"Mən maksimalist insanam. Hər günüm maksimumdan ibarətdir. Daim yeni zirvələri fəth etmək lazımdır. Ona görə də arzular dayanmır, istəklər hər zaman var. Sənətimin zirvəsindəyəm, amma yenə də öyrənməyə davam edirəm. Gənclərə, istedadlı uşaqlara baxıram. Ən böyük arzularımdan biri məhz musiqili tamaşa yaratmaqdır".
Oxşar xəbərlər
Türkiyənin məşhur serialı beynəlxalq "Emmy" mükafatını qazandı
Türkiyənin "Leyla: Həyat... Sevgi... Ədalət" serialı 54-cü Beynəlxalq "Emmy" mükafatlandırma mərasimində qalib olub. BAKU.WS "Anadolu" agentliyinə istinadən xəb...