Tolik onları polislə hədələdi - FOTO
25
iyl
2018
12:11
Sosial şəbəkədə ünvanına yazılan təhqir və böhtanlardan bezən prodüser Tarix Əliyev (Tolik) hər kəsə səslənərək xəbərdarlıq edib. BAKU.WS xəbər verir ki, hər hansı təhqir sözə görə hər kəsin hüquq qarşısında cavab verəcəyini yazıb:"Əziz dostlar, hamınızdan xahiş edirəm, yazdığınınz ittihamlara görə məsuliyyət daşıdığınızı yaddan çıxarmayın. Bəziləri yazır, amma yaddan çıxardır ki, səhifələrində özlərinin, ailələrinin şəkilləri var. Bundan sonra heç kim məndən inciməsin. Mənə dediyi sözlərə görə gələr dövlət qarşısında cavab verər. Heç kim sahibsiz deyil ki, ağzına gələn ləkəni yaxsınlar. Məni bəyənmirsiniz, canınız sağ olsun. Amma ləkə yaxmaq, təhqir, alçaltma kimi yazıların hamısını "screen" edib aidiyyəti qurumlara göndərəcəm. Sonra heç kim mənə yazmasın ki, "İnstagram" şifrəm başqasında da var, o yazıb, xəbərim yoxdur, başım çıxmır".Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Tolik canlı efirdə söylədiklərinə görə polisə çağırıldı - VİDEO
Elza-Damla-Tolik qalmaqalı hüquq-mühafizə orqanlarınadək gedib çıxıb və tərəflər polis idarəsinə çağrılıblar. BAKU.WS xəbər verir ki, əməkdar artist Elza Seyid...