Tolik canlı efirdə söylədiklərinə görə polisə çağırıldı - VİDEO
12
iyn
2018
14:25
Elza-Damla-Tolik qalmaqalı hüquq-mühafizə orqanlarınadək gedib çıxıb və tərəflər polis idarəsinə çağrılıblar. BAKU.WS xəbər verir ki, əməkdar artist Elza Seyidcahan prodüser Toliki və müğənni Damladan polisə şikayət edib.Bu barədə Tolik aparıcısı olduğu "Hər şey daxil" verilişində açıqlama verib: "Elza xanım bu yaxınlarda hüquq-mühafizə orqanlarına məndən və Damladan şikayət edib. Polisə çağırıldım və izahatımı da yazdım. Ərizənizə yazmısız ki, Tolik canlı efirdə məni təhqir edib. Elza xanım, əgər mən sizi təhqir etmişəmsə, elə bir kadrlar sizdə varsa, mən elə bu efirdə də sizdən üzr istəyəcəm. Bizim Xəzər televiziyası heç vaxt icazə verməz ki, biz aparıcılar canlı efirdə kimisə təhqir edək. Bizim buna həddimiz yoxdur. Biz tənqid edə bilərik, bu da normaldır. Mən sizin sənətinizə hər zaman normal yanaşmışam, dəfələrlə verilişimə dəvət etmişəm". Xatırladaq ki, Elza Seyidcahan müğənni Damlanın şəklini cıraraq onun mahnılarını pisləyib, itinin və pişiyinin Damlaya qulaq asmadığını bildirmişdi. Onun Damlaya qarşı bu hərəkətlərinə görə Tolik öz verilişində Elza Seyidcahanı kəskin tənqid etmişdir. Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
“Mənim itim, pişiyim də ona qulaq asmaz” – Elza Seyidcahan – VİDEO
ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı əməkdar artist Elza Seyidcahan olub.Əməkdar artist verlişlərin birində şəklin cırmasından danışıb:“Gəlmisiz m...