Teoman: "Anam müğənni olduğum üçün illərlə utandı"

Teoman: Anam müğənni olduğum üçün illərlə utandı
Foto
Şou-biznes 80

Müğənni Teoman şəxsi həyatı ilə bağlı bəzi açıqlamalar verib.

BAKU.WS xəbər verir ki, Ahmet Mümtaz Taylanın "Empati" proqramına qonaq olan ifaçı anasının heç vaxt onun sənətini qəbul etmədiyini bildirib.

O "Anan bu rock ulduzluğu məsələsini necə qarşıladı" sualını belə cavablandırıb:

"Anam 93 yaşındadır və bunu hələ də qəbul edə bilməyib. Müəllimlərimdən həmişə mənim ağıllı, tərbiyəli uşaq olduğumu eşidirdi və cəmiyyətdə status baxımından daha hörmətli bir peşəyə sahib olmağımı istəyirdi. Mən müğənni olanda illərlə buna görə kədərləndi və utandı. Hələ də gördüyüm işi bəyənmir və mənə yaraşdırmır. Amma indi rəfiqələri "Teomanı çox sevirik" dedikdə xoşbəxt olur. Nəhayət, onu sevindirə bildim".

Teoman:

Sənətçi uşaqlıq və gənclik illərinə dair indiyədək açıqlamadığı detalları da danışıb. Teoman əsasən anası və xalasının yanında böyüdüyünü qeyd edib:

"Atam 2 yaşım olanda vəfat etdiyi üçün həyatımda bir kişi fiquru olmayıb. Buna görə də mənim kişi obrazlarım Elvis Presli kimi fiqur idi. Ürkək bir uşaq kimi böyüyürsən. İnsana güvən verən ata çatışmazlığı adamda stres yaradır. Sonda narahat bir insana çevrilirsən. Onlarla böyümək qadınlığın o incəliyini öyrənməyimə səbəb oldu"

Teoman:

Qeyd edək ki, Teoman ilk dəfə "İki Yabancı", "Paramparça", "Zamparanın Ölümü", "Kupa Kızı ve Sinek Valesi" kimi mahnıları ilə məşhurlaşıb.

Son xəbərlər