Tanınmış konsert təşkilatçısı “Bandotdel”ə aparıldı
Tanınmış təşkilatçı, "Səs music organization”nun rəhbəri Nahid Emiloğlu (Şükürov) tutulub.
BAKU.WS Criminal.az-a istinadən xəbər verir ki, N.Eminoğlu Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (Bandotdel) əməkdaşları tərəfindən saxlanılıb. N.Emiloğlu türk müğənni Rafet El Romanın və Damlanın iyun ayında keçiriləcək konsertləri üçün saxta bilet satışı etməkdə günahlandırılır.
Məsələ ilə bağlı Lent.az-ın əməkdaşı müğənni Damla ilə də əlaqə saxladı. İfaçı bildirdi ki, N.Emiloğlu barəsində şikayətçi olmayıb:
"Qabaqcadan razılaşdıq ki, konsertimin təşkilatçılığını Nahid eləsin. Daha sonra mən İstanbulda olanda Nahid zəng elədi ki, konsert ediləcək məkanı dəyişək. Mən də razı olmadım. Çünki konsertin yetəri qədər reklamı getmişdi, biletlərin çoxu da satılmışdı. Elə oldu ki, qarşılıqlı razılaşma nəticəsində konserti Nahidlə etməmək qərarına gəldik. Daha sonra fərqli biletləri satışa çıxartdıq. Mənim Nahid Emiloğlu barəsində heç bir şikayətim olmayıb. Yəni onu polisə mən verməmişəm”.
BAKU.WS
Oxşar xəbərlər
Rafet El Roman Bakıda restoranda rəqs etdi, nağara çaldı (VİDEO)
Türkiyənin tanınmış müğənnisi Rafet El Roman Bakıda Sevgililər Günü münasibəti ilə konsert proqramı ilə çıxış edib. BAKU.WS-in məlumatına görə, müğənni Bakın...