"Survivor" qalibi Hilmi Cemin toyundan görüntülər
"Survivor" qalibi Hilmi Cem İntepe evlənib.
BAKU.WS xəbər verir ki, o ötən il nişanlandığı sevgilisi Pırıl Atasev ilə ailə qurub.
Cütlük ailə üzvlərini və yaxınlarını bir araya yığaraq sadə toy təşkil edib.
Özəl günlərində xeyli əylənən Cemlə Pırılın xoşbəxt anları sosial şəbəkələrdə viral olub.
Hilmi şad günündə həyat yoldaşı Pırıl Atasev ilə "Zeybək" rəqsi oynayıb.
Xatırladaq ki, "Survivor" qalibi uzun müddətdir eşq yaşadığı Pırıl Atasevə Londonda evlilik təklifi etmişdi.
Cütlük evlilik yolunda ilk addım ataraq ötən ilin aprelində nişanlanmışdı.
Toydan sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı
Hollivud aktyoru Riçard Girin həyat yoldaşı Alehandra Gir ailəsi ilə birlikdə çəkdirdiyi nadir fotonu sosial şəbəkədə paylaşıb. BAKU.WS xəbər verir ki, fotoda A...