İstirahət gününün ulduz falı - 5 avqust
05
avq
2018
00:05
BAKU.WS bu günün - 5 avqust tarixinin ulduz falını təqdim edir:Qoç - Kommersiya və ticarətlə bağlı məsələlərdə irəliləyiş ola bilər. Daxili durumunuzu dəyərləndirin, son addımlarınızı təhlil edin. Axşam saatlarında ağır işlə, intensiv fiziki təmrinlərlə məşğul olmayın. Səhhətinizin qeydinə qalın.Buğa - Mövqelərinizi möhkəmləndirmək üçün yaxşı zamandır. Lakin ətrafınızdakı insanlarla münasibətlərdə qarşılıqlı anlaşmaya üstünlük verin. Sizə xoş münasibət bəsləyən insanın qəlbini qırmayın, ürəyinə dəyməyin. Maliyyə vəziyyətinizdə irəliləyiş gözlənilir, əlavə mənbədən gəlir istisna deyil. Əkizlər - Uğurlu zamandır. Məsləhətlərə qulaq asın, sizə dəyər verən insanların önəmini bilin. Günün ikinci yarısında yaşam tonusunuzun səviyyəsini artırmaq üçün axşam saatlarına yaxın bir qədər istirahət edin. Xərçəng - İstirahət gününü yaxınlarınızla birgə keçirin. Doğmalarınızın qədrini bilin. Emosional olmayın, tələsik qərarlar verməyin. Vəziyyətdən hali olmamış kimsəni tənqid etməyin. Bəzi məqamlarda güzəştə meylli olmaqda fayda var. Şir - Gün problemlər və anlaşılmaz situasiyalar vəd edir. Amma əhvalınızı korlamayın, bədbinliyə qapılmayın. Günün ikinci yarısında ailə işləri və məişət qayğılarında kəskin dəyişikliklər ola bilər. Yeni şərtləri dəyərləndirin, situasiyanın məcrasını çözərək maraqlarınızı təmin edin.Qız - İstirahət günü olmasına baxmayaraq, qarışıq və gərgin gündür. Yaxşı tanımadığınız insanlarla sirlərinizi bölüşməyin. Hissləriniz barədə yalnız inandığınız insanlara danışın. Əks təqdirdə dedi-qodu və şayiə obyektinə çevrilə bilərsiniz.Tərəzi - Fikir ayrılığı və anlaşılmazlıq üzündən yaxınlarınızla münasibətləri korlamayın. Ruhdan düşməyin. Günün ikinci yarısında yaradıcılıq potensialınızdan istifadə edin. Ev işləri və məişət qayğıları sizi cəlb etməsə də, o işləri qulaqardına vurmayın. Əqrəb - Müsbət təmayüllərin təsiri artacaq. Günü başqalarının problemlərinin həllinə həsr edəcəksiz, bu səbəbdən axşam saatlarına yaxın yorğunluq hissləri yarana bilər. İstirahət edin, əylənin. Yaxşı kitab da oxumaq olar.Oxatan - Müzakirələr qaçılmazdır. Qarşı tərəfi mövqeyinizin doğru olduğuna inandırın. Geri çəkilməyin, bununla belə, sərt və kobud olmayın. Yaxınlarınızla ünsiyyətlə kifayətlənməyin. İşləri başa vurmaq üçün yeni tərəfdaşa, müttəfiqə ehtiyacınız var.Oğlaq - Həftə sonu olmasına baxmayaraq, məişət qayğıları sizi məşğul edəcək. Gündəlik qayğıların həllini ertələməyin. Dostlarla münasibətlərə yenidən baxmaq, bəzi nüansları təhlil etmək olar. Maraqlandığınız insanla kommunikasiyaları yeniləyin.Dolça - Bu gün müdrikliyiniz sayəsində baş verəcək münaqişə və mübahisələri həll edə bilərsiniz. Dartışmalar uzun, çək-çevirli olsa belə, çıxış yolunu arayın. Başqasının fikirlərinə sayğı ilə yanaşın. Sevdiyiniz insanla qarşılıqlı anlaşmaya nail olmaq istəyirsinizsə, zəhmət çəkməlisiniz. Balıqlar - Gün uğur vəd edir. Bəzi problemləri həll etmək asan olmasa da, vəziyyət tezliklə düzələcək. Axşam saatlarında aktivliyi bir qədər azaldın. Dəyər verdiyiniz insanları öz varlığınızla sevindirin, onları ziyarət edin.BAKU.WS
Oxşar xəbərlər
Avqust ayının ilk gününün ulduz falı
BAKU.WS bu günün qoroskopunu təqdim edir: Qoç - İşgüzar səfər ehtimalı var. İş yerində səmimi olun. Karyeranızı zərbə altına qoymaq istəmirsizsə, həmkarlarla və...