Snoop Doogun komandası Mehin üçün klip çəkdi
Müğənni Mehin Hümbətova yeni layihəsini təqdim edib.
BAKU.WS xəbər verir ki, sənətçi bu dəfə "Sevmək" adlı yeni mahnı oxuyub və ona maraqlı video çarx hazırlatdırıb.
Müğənni klipi üçün süni intellektə müraciət edib. Belə ki, layihə məşhur reper Snoop Dogg və Ezhelin komandası tərəfindən süni intelektlə ərsəyə gəlib.
Ekran işi Luka Tısler, Oliver Lam və Öner Biberkökün rejissorluğu ilə hazırlanıb.
Hümbətova bildirib ki, bəstənin sözləri İsmayıl Əsədov və Kəmalə Rüstəmzala, musiqisi isə İsmayıl Əsədova aiddir.
Aranjimanı Samir Sultanova aid olan "Sevmək" Mehinin yutub kanalına yerləşdirilib.
Oxşar xəbərlər
Məşhur cütlüklərin qəribə ayrılıq səbəbləri - SİYAHI
Məşhurların həyatı hər zaman diqqət mərkəzində olsa da, onların münasibətlərinin görünməyən tərəfində yaşananlar daha təəccüblü olur. İllərlə ideal sevgili nümu...