Sinan Akçıldan Hadisəyə sərt mesaj
Türkiyəli müğənni Sinan Akçıl, keçmiş sevgilisi Hadisə ilə bağlı açıqlaması ilə yenidən gündəmə gəlib. O, Hadisənin "Düm Tek Tek" mahnısı haqqında çəkiləcək sənədli filmə söz atıb.
BAKU.WS xəbər verir ki, yeni "4K" albomu üçün fotosessiya edən Akçıl, müsahibə zamanı jurnalistlərin sualı qarşısında maraqlı cavab verib:
"Mahnının 95 faizi mənə aiddir, amma mənə təklif gəlmədi. İşin içində mən yoxamsa, o zaman sadəcə "sel" olar, "sənədi" olmaz," – deyə o, zarafatla, lakin tikanlı şəkildə bildirib.
Müğənni həmçinin Hadisənin Harbiye konsertindəki yataq səhnəli performansına da toxunaraq belə deyib:
"Amerikadakı şouları təqlid etməkdən əl çəkək. Özümüzdən də nələrsə etməliyik. Oxşadırıq demək ki…"
Sinan Akçılın bu sözləri sosial mediada geniş müzakirə olunub. Hadisə tərəfindən isə hələlik heç bir cavab verilməyib.
Oxşar xəbərlər
Tarkanın 7 ildən sonra keçirilən konsertindən görüntülər
Meqastar Tarkan 7 ildən sonra ilk dəfə İstanbulda səhnəyə çıxıb. BAKU.WS xəbər verir ki, sənətçini sevənləri böyük coşğu ilə qarşılayıblar. Tarkanın səhnə şousu...