Sibel Can yaşının kiçildilməsi üçün məhkəməyə müraciət etdi
Türkiyənin tanınmış müğənnisi Sibel Can atasının 31 il əvvəl məhkəmə qərarı ilə yaşını 6 yaş böyük yazdırdığını iddia edib.
BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, müğənni yaşının azaldılması üçün məhkəməyə müraciət edib. O bildirib ki, şəxsiyyət vəsiqəsində doğum tarixi 1964 göstərilsə də əslində isə doğum tarixi 1970-ci ildir. Onun sözlərinə görə atası Engin Cangüre 31 il əvvəl qızının kazinolarda çıxış edə bilməsi üçün onun yaşını 6 il böyüdüb və şəxsiyyət vəsiqəsinə 1964-cü il təvəllüdlü yazdırıb.
S.Can isə İstanbul Asliye Hüquq Məhkəməsəinə baş vuraraq yaşının 52 olmadığını və atası tərəfindən bilərəkdən dəyişdirildiyini bildirib:
"Sibel Canın anası Emine Gül Sezerlə atası Engin Cangüre 1969-cu ildə ailə qurublar. Əgər Can 1964-cü ildə dünyaya gəlsəydi, o zaman anasının 12 yaşı olurdu ki, bu da mümkün deyil. İşə yenidən baxılmasını tələb edirik”.
BAKU.WS
Oxşar xəbərlər
Sibel Can illərə meydan oxuyur (FOTO)
Türkiyənin tanınmış müğənnisi Sibel Can sevgililər günündə Kiprdə konsert proqramı ilə çıxış edib. BAKU.WS məlumat verir ki, ondan bir gün əvvəl Ankarada kons...