"Əsgər bala" qrupunun təqdimatı oldu (FOTO)
12
sen
2017
15:11
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Canbala” qrupunun nəzdində yaradılan "Əsgər Bala" uşaq musiqi qrupunun möhtəşəm təqdimat mərasimi baş tutub.BAKU.WS-in məlumatına görə, qarşıdakı müddət ərzindəki fəaliyyəti və görəcəyi işlərə dair media nümayəndələri üçün keçirilən mətbuat konfransı “Əsgər bala” qrupunun ifasında dövlət himninin səsləndirilməsi ilə başlanılıb.Daha sonra təqdimat mərasimini giriş sözü ilə açan qrupun təsisçisi və rəhbəri Faiq Hüseynov bildirdi ki, yeni yaradılan qrupun əsas missiyası və məqsədi uşaqlara vətənpərvərlik hissini aşılamaq, onlar arasında müntəzəm olaraq hərbi vətənpərvərlik mövzusunda musiqili-əyləncəli proqramlar təşkil etməkdir."Əsgər Bala" uşaq musiqi qrupunun sentyabrın 12-də yaradıldığını qeyd edən F.Hüseynovun sözlərinə görə, qrupa üzv olmaq üçün 90 uşaq müraciət edib.“90 uşaq arasında 7 nəfərin səsi biz çox qane etdi. Lakin qrupumuz 3, maksimum 4 nəfərdən ibarət olacaq. Bu gün təəssüf ki, 3 gözəl balamızla da vidalaşacağıq”, - deyə o, bildirdi.
Qrup rəhbərinin sözlərinə görə, “Əsgər bala” hər ay bir klip təqdim edəcək. Bu isə ilə 12 klip deməkdir. Bunun maddi tərəfinə gəlincə, F.Hüseynov bildirdi ki, qazancının 1/3-ni "Əsgər Bala" qrupuna ayıracaq.Qrupda 7-12 yaş arası uşaqlar çıxış etdiyini deyən F.Hüseynov dedi ki, bu isə o deməkdir ki, qrupun üzvləri daim yenilənəcək.“Bundan başqa, cəbhə bölgəsində olan hərbi hissələrdə, xarici ölkələrdə çıxışlarımızın həyata keçirilməsi planlaşdırılır. İlk klip “Bir millət iki dövlət” mahnısına çəkiləcək. Qrup yeni mahnılarla yanaşı, vətənpərvəlik ruhunda yazılan köhnə mahnılarımızı da ifa edəcək”, - deyə Faiq Hüseynov bildirdi.BAKU.WS




Oxşar xəbərlər
"Əsgər Bala" uşaq musiqi qrupu yaradılıb
"Əsgər Bala" uşaq musiqi qrupu yaradılıb.BAKU.WS-in məlumatına görə, yeni yaradılan qrupun əsas missiyası və məqsədi uşaqlara vətənpərvərlik hissini aşılamaq, o...