Müdafiə nazirindən əsgər valideynlərinə bayram hədiiyəsi

Müdafiə nazirindən əsgər valideynlərinə bayram hədiiyəsi
Sosial 1416

 

Bu gün Azərbaycanda hərbi hissələrdə "Açıq qapı" günü keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, ənənəyə uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, martın 20-də saat 10.00-da Novruz bayramı münasibəti ilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü təşkil olunur. 

Bu gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər. 

Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək "Açıq qapı" günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

İlk dəfə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə 31 dekabrda keçirilib. 

Hərbi hissədə keçirilən "Açıq qapı"da müdafiə naziri, general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbər heyətidə iştirak edib. Müdafiə naziri əsgər valideynləri, müharibə və əmək veteranları, ictimaiyyət nümayəndələri ilə görüşüb. 

BAKU.WS

Oxşar xəbərlər

Müdafiə nazirindən 8 Mart təbriki

Müdafiə nazirindən 8 Mart təbriki

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə Silahlı Qüvvələrdə xidmət edən qadınları təbrik ed...

1298 Sosial 11:24 07 mart 2016

Son xəbərlər