Sevgilisindən 8 ay əvvəl ayrılan Rafet El Roman daha evlənməyəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Rafet El Roman açıqlaması ilə gündəm olub.
BAKU.WS xəbər verir ki, ofisindən çıxarkən görüntülənən sənətçi ayaqüstü jurnalistlərin suallarını cavablandırıb.
İfaçı bildirib ki, bir daha heç vaxt evlənmək istəmir:
"Evlilik mənə görə deyil, artıq bundan sonra da evlənmərəm".
Xatırladaq ki, Rafet sonuncu dəfə Yasemin Gergeçlə sevgili olub. Cütlük 8 ay əvvəl ayrılıb.
Onu da qeyd edək ki, ifaçı 1996 - 2003-cü illərdə Tuğba Altıntopla evli olub. Bu evlilikdən onun Su və Şevval adlı qızları var. 2014 - 2017-ci illərdə isə Ceren Kaplakarslanla ailəli olub.
Oxşar xəbərlər
Bahar Candan bu səbəbdən tədbirə buraxılmadı
Ötən gün "Netflix"in Türkiyədəki 10 illik yubileyi qeyd olunub. BAKU.WS xəbər verir ki, bu məqsədlə təmtəraqlı qala təşkil edilib. Bir çox məşhurun axın etdiyi...