Serenay Sarıkaya sərbəst buraxıldı

Serenay Sarıkaya sərbəst buraxıldı
Video
Şou-biznes 1260

Bir neçə saat əvvəl saxlanılan aktrisa Serenay Sarıkaya sərbəst buraxılıb.

BAKU.WS xəbər verir ki, o, müayinə üçün Seyrantepe Hamidiye Etfal Tədris və Araşdırma Xəstəxanasına aparılıb.

Sənətçidən saç və qan nümunələri götürüldükdən sonra o sərbəst buraxılıb.

*** 12:33

Türkiyədə narkotik əməliyyatları çərçivəsində haqqında həbs qərarı çıxarılan aktrisa Serenay Sarıkaya, xaricdən qayıtdıqdan sonra İstanbulda saxlanılıb.

BAKU.WS xəbər verir ki, mayın 21-də İstanbulun Beşiktaş, Sarıyer, Beyoğlu, Kağıthane və Üsküdar rayonları ilə yanaşı Muğlada ümumilikdə 25 ünvana eyni vaxtda əməliyyat təşkil edilib.

Əməliyyat çərçivəsində, aralarında Serenay Sarıkayanın da olduğu 25 şübhəli şəxs barəsində axtarış və həbs qərarı verilib.

Türkiyəyə qayıdacağını bildirən məşhur aktrisa, ilk açıqlamasında "Uzun müddətdir planlaşdırdığım xarici səfər zamanı bu xəbəri aldım. Ən qısa zamanda ölkəmə qayıdıb, hər kəs kimi mən də bütün lazımi prosedurları yerinə yetirəcəyəm. Mən yaxşıyam, heç bir problem yoxdur, maraqlanan hər kəsə sevgilər…" - deyə qeyd etmişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər