Selena Qomez sevgilisinə görə 1 milyondan çox izləyicisini itirdi

Selena Qomez sevgilisinə görə 1 milyondan çox izləyicisini itirdi
Şou-biznes 393

Müğənni Selena Qomez sevgilisi Benni Blankoya görə bir gündə 1 milyondan çox abunəçisini itirib.

BAKU.WS-in xəbərinə görə, bu barədə "People" nəşri yazır.

Selena Qomez və Benni Blankonun birgə yer aldığı fotonun dərcindən bir gün sonra müğənninin abunəçilərinin sayı 429-dan 428 milyona qədər azalıb.

Şərhlərdə cütlüyü və prodüserin xarici görünüşünü bəyənmədiklərini yazıblar.

Xatırladaq ki, 2023-cü ilin dekabrında Selena musiqi prodüseri Benni Blanko ilə münasibətini təsdiqləyib. Məşhur sima sosial şəbəkədə yeni sevgilisi ilə birgə fotolarını yayımlayıb.

Cütlük bir-birlərini çoxdan tanıyır. 2021-ci ildə Selena və Benni "I Can't Get Enough" mahnısı üzərində əməkdaşlıq ediblər. Yanvar ayında onlar ilk dəfə "Emmy" mükafatlandırma mərasimində birlikdə görünüblər.

Son xəbərlər