Selena Qomez Castin Biberin yaxın dostu ilə eşq yaşayır - FOTO

Selena Qomez Castin Biberin yaxın dostu ilə eşq yaşayır - FOTO
Foto
Şou-biznes 21

Amerikalı populyar müğənni Selena Qomez şəxsi həyatı ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, müğənninin 6 aydır gizli eşq yaşadığı şəxsin keçmiş sevgilisi Castin Biberin yaxın dostu olan Benni Blanko olduğu ortaya çıxıb.

Biberin yaxın dostu olması və illərlə birlikdə işləməsi ilə məşhur olan Benni Blanko ilə sevgi söz-söhbətlərinə cavab verən Selena Qomez münasibəti təsdiqləyib.

Qomez çox xoşbəxt olduğunu və Benninin ona indiyə hər kəsdən daha yaxşı rəftar etdiyini bildirib.

Amerikalı ulduzun sosial şəbəkə hesabındakı paylaşımı izləyicilərinin fikrlərini qarışdırıb.

Hətta Selenanın pərəstişkarları məşhur müğənninin bu paylaşımından sonra instaqram hesabının oğurlandığını düşünüblər.

Son xəbərlər