Səidə Sultan ilk dəfə solo konsert verdi
Müğənni Səidə Sultan konsert verib. O paytaxtın məşhur məkanlarının birində çıxış edib.
BAKU.WS xəbər verir ki, gecə boyu müğənninin canlı ifalarını böyük orkestr müşayiət edib. Konsert iki hissədən ibarət olub, sənətçi gecədə iki fərqli geyimlə tamaşaçı qarşısına çıxıb.
Səidə birinci hissədə canlı ifaları, ikinci hissədə isə disko tərzində mahnıları ilə sevənlərini əyləndirib.
O, "Yuxu" qrupunun sevilən mahnısı "Xəzərin sahilində"ni, Xalq artisti Mehriban Zəkinin sevilən "Yağış yuyur, gün qurudur" ifasını fərqli tərzdə səsləndirib.
Bununla yanaşı, Səidə əvvəlki illərdə təqdim etdiyi mahnıları, həmçinin yeni hitlərini dinləyiciləri üçün oxuyub.
Oxşar xəbərlər
"Eşref Rüya"nın məşhur aktyoru yeni serialda rol alacaq
Türkiyəli aktyor Kaan Turqutun yeni layihəsi və canlandıracağı obraz məlum olub. BAKU.WS xəbər verir ki, aktyor "Mehmed Fetihler Sultanı" serialının heyətinə da...