Saxlanılan Oktay Kaynarcadan İLK AÇIQLAMA: "Alnım açıq, başım dikdir"

Saxlanılan Oktay Kaynarcadan İLK AÇIQLAMA: Alnım açıq, başım dikdir
Şou-biznes 243

Türkiyədə məşhurlara qarşı aparılan narkotik əməliyyatları çərçivəsində saxlanılan aktyor Oktay Kaynarcanın ilk açıqlaması yayılıb.

BAKU.WS xəbər verir ki, o "Bebek Oteli" ilə bağlı aparılan istintaq çərçivəsində ifadə vermək üçün prokurorluğa dəvət edilib.

İstintaq çərçivəsində ifadə verəcəyini bildirən Oktay Kaynarca məsələ ilə bağlı ilk açıqlamasında "Alnım açıq, başım dikdir" ifadələrini işlədib.

Kaynarca həmçinin məhkəmə-tibbi ekspertiza nəticələri tamamlandıqdan sonra ictimaiyyətin məlumatlandırılacağını bildirib.

O, uzun illərdir narkotiklə mübarizə apardığını və bu çərçivədə həyata keçirilən bütün qanuni əməliyyatları dəstəklədiyini qeyd edib.

Xatırladaq ki, bu gün aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu da daxil olmaqla 6 nəfər saxlanılıb.

Onlar İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqının bir hissəsi olaraq, səhər saatlarında Jandarma zabitlərinin müşayiəti ilə Vilayət Jandarma Komandanlığına aparılıblar.

Son xəbərlər