Samirənin “Avroviziya”dakı çıxışı 13-cü yerə layiq görüldü - VİDEO

Samirənin “Avroviziya”dakı çıxışı 13-cü yerə layiq görüldü - VİDEO
Video
Şou-biznes 615

“Avroviziya” beynəlxalq mahnı müsabiqəsi fərqli formada baş tutub.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, müsabiqənin ilk yarımfinalında Rotterdamda çıxış etməli olan ifaçılar iştirak edib.

Azərbaycanı təmsil edən gənc və istedadlı ifaçı Samirə Əfəndi “Kleopatra” kompozisiyasını səsləndirib. Müğənninin səhnədəki çıxışı kliplə əvəzlənib.

Konsert “Avroviziya” mahnı müsabiqəsinin “YouTube”dakı rəsmi kanalında yayımlanıb.

Mayın 14-də müsabiqənin ikinci konserti keçiriləcək. Konsertdə ikinci yarımfinalın iştirakçıları çıxış edəcək. Hər iki konsert “Avropa Yayım Birliyi”nin təşəbbüsü ilə keçirilir.

Qeyd edək ki, COVID-19 pandemiyası səbəbi ilə “Avroviziya-2020” ləğv edilib.

Konsert Bakı vaxtı ilə saat 23:00-da başlayacaq və İctimai Televiziyada (İTV) canlı yayımlanacaq. Onlayn şounun aparıcılığı bəstəkar-müğənni Murad Arifə həvalə olunub.

“Avroviziya-2020”nin bütün iştirakçıları iki saatlıq şouda çıxış edəcək. Videokliplər canlı ifanın yerini verə bilmədiyindən Samirə Əfəndi öz kompozisiyasını səhnədə ifa edəcək.

Avropa, Avstraliya, Yeni Zelandiya və ABŞ-dan olan 25 “Wiwibloggs” bloqer tərəfindən yarış iştirakçıları ilə bağlı səsvermə keçirilib. İştirakçıların mahnıları “Eurocompetition” sisteminə görə qiymətləndiriblər. Hər bir təmsilçi ən çox bəyənilən üç kompozisiyanı 12, 10 və 8 balla qiymətləndirib.

Samirə Əfəndinin mahnısı 13-cü yeri tutub.

Rusiya qrupu olan “Big Big” 10-cu yerə, erməni iştirakçı Afina Manukyanın çıxışı isə 18-ci pillədə qərarlaşıb. Estoniya, Kipr, Fransa, Moldova, Şimali Makedoniya və San Marino 0 xal toplayıb.

“Avroviziya-2020” mahnı müsabiqəsinin pərəstişkarları Litva tərəfindən çıxış edən “The Roop” pop qrupunun ifa etdiyi “On Fire” mahnısına birincilik qazandırıb.

İkinci yerə “Tears Getting Sober” mahnısı ilə bolqar müğənnisi Viktoriya Georgiyeva, isveçrəli müğənni Con Muharremay (Gjon’s Tears) “Rеpondez-moi” bəstəsi ilə üçüncü yerə layiq görülüb.

Son xəbərlər