Samir Bağırov Rusiyanın məşhur şousunda (VİDEO)

Samir Bağırov Rusiyanın məşhur şousunda (VİDEO)
Video
Şou-biznes 4906

Məşhur azərbaycanlı müğənni Samir Bağırov Rusiyanın 1-ci kanalında yayımlanan "Pust qovaryat" verilişində iştirak edib.

BAKU.WS xəbər verir ki, Andrey Malaxovun aparıcılığı ilə yayımlanan verilişdə müğənninin arxiv videosu təqdim edilib. Verilişin bu dəfə ki, buraxılışı müğənni Marina Xlebnikovaya həsr edilib. Belə ki, Xlebnikova 1991-ci ildə Samir Bağırovla birlikdə "Yalta" musiqi müsabiqəsində iştirak edib. 

Samir Bağırov Moskvaya tez-tez gəldiyini bildirib.

"Mən Moskvaya tez-tez gəlirəm və biz Marina ilə görüşürük. Öz fəaliyyətimi Bakıda davam etdirirəm", - deyə Bağırov bildirib. Xlebnikova isə Samir Bağırovun əvəzedilməz dost olduğunu söyləyib.

"Festivaldan sonra dostluq etməyə başlamışıq. Bir dost olmaqdan başqa, eyni yeri də bölüşmüşdük. İkimizdə ikinci olmuşduq”.

 

Aynur Ələkbərova

BAKU.WS

Oxşar xəbərlər

Samir Bağırov ORT-də – FOTO

Samir Bağırov ORT-də – FOTO

Uzun müddətdir ki, efirlərdə görünməyən müğənni Samir Bağırov ORT-də yayımlanan "Pust qovoryat” verilişinin qonağı olub. BAKU.WS Qafqazinfo-ya istinadla xəbər...

5757 Şou-biznes 12:38 18 fevral 2017

Son xəbərlər