Rəhim Rəhimli özünü Samir Bağırova oxşatdı
Müğənni Rəhim Rəhimli özünü həmkarı Samir Bağırova bənzədib. Rəhim həmkarının illər əvvəl etdiyi imici xalq artisti Aygün Kazımovanın doğum günündə təkrarlayıb. O, Samir Bağırovun saç boyasından və xalatının oxşarından geyinərək məclisə gəlib.
Bu haqda ATV telekanalında süjet yayımlanıb. İfaçı uzun sırğaları ilə də diqqət çəkib və özünü gənclərə örnək göstərib:
"Mən bu geyimi çox düzgün daşıyıram və düzgün təqdim edirəm. İnqilab etmiş və ilk atəşə tutulmuş bizik. Belə özəl günlərə özəl imic dəyişikliyi olmalıdır. Bu, illərin təcrübəsidir. Bu belə olmalıdır. Bu indiki gənclərə bir yol olsun". (İstipress)
BAKU.WS
Oxşar xəbərlər
Rəhim Rəhimli Aygün Kazımovanın ad günündə gecə xalatında (VİDEO)
Azərbaycanın xalq artisti Aygün Kazımova ötən gecə özünə möhtəşəm ad gününü keçirib. BAKU.WS xəbər verir ki, xalq artistinin ad günü mərasimində müğənni Rəhim...