Sami Yusuf: “Türkiyənin güclü bir ölkə olmaması üçün çalışırlar”

Sami Yusuf: “Türkiyənin güclü bir ölkə olmaması üçün çalışırlar”
Şou-biznes 1378

 

"Bəzi insanlar Türkiyənin güclü, inkişaf etmiş bir ölkə olmaması üçün çalışır” .

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu fikri Azərbaycan əsilli müğənni Sami Yusuf Alanyada verəcəyi konsert öncəsi keçirdiyi mətbuat konfransında bildirib.

"Terror dünyanın hər yerində yaşanır. Əfsuslar olsun ki, Pakistanda, Türkiyədə, dünyanın bir sıra ölkələrində insanlar ölümün qurbanına çevrilirlər. Günahsız insanların həyatına qəsd edən terror hadisələri bitsin artıq. Terror, sui-qəsd nəzəriyyəçisi deyiləm, onların da kim olduqlarını bilmirəm. Amma bu yöndə kimlərinsə "canfəşanlıq” göstərdiyi göz önündədir. Lakin Allah hər şeydən, hər kəsdən böyükdür”, - deyə Sami Yusuf əlavə edib.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər