İstanbul terrorundan sonra: toyuna 10 gün qalmış can verdi (VİDEO)
Atatürk Havalimanında törədilən terror hadisəsində 36 nəfər dünyasını dəyişib.
BAKU.WS-in məlumatına görə, terror aktı zamanı yüzlərlə vətəndaş da yaralanıb. Tibbi ekspertizadan sonra 18 cənazə ailələrinə təslim edilib. Terror hadisəsi zamanı ölənlərin yaxınları meyitləri götürərəkən göz yaşlarını tuta bilməyib.
Terror aktı zamanı dünyasını dəyişən Yusuf Haznedaroğlunun 10 gün sonra evlənəcəyi məlum olub. Haznedaroğlunun qayınanası yeznəsinin hava limanında çalışdığını söyləyib. Qadın Yusuf Haznedaroğlunun ağır yaralı olaraq xəstəxanaya çatdırıldığını bildirib: "Hazırda meyiti məscidə aparmaq üçün gözləyirik. Yusuf iş vaxtı bitdikdən sonra qapıda gözləyərkən partlayış baş verib və dünyasını dəyişib. 10 gün sonra toyu olacaqdı".
Atatürk Havalimanındakı terror hücumunda ölənlərdən 4-ü qadın olmaqla 26 nəfərin ekspertiza üçün ədli tibbi quruma gətirildiyi bildirilir.
Ölənlərin adları belədir:
-Çağatay Çöl
-Sadık Petek (47)
-Mehmet Mert (30)
-Ethem Uzunsoy (43)
-Yusuf Haznedaroğlu
BAKU.WS
Oxşar xəbərlər
İstanbuldakı terrordan sonra Heydər Əliyev adına Hava Limanında təhlükəsizlik tədbirləri artırıldı
İstanbulun Atatürk adına Beynəlxalq Hava Limanında baş vermiş terror aktından sonra Bakı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında da təhlükəsizlik tədbirlə...