Sabah yağış yağacaq

Sabah yağış yağacaq
Şou-biznes 916
 

Bakıda və Abşeron yarımadasında iyulun 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşama doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.

Bu barədə BAKU.WS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Məlumata görə, Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 27-32, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 27-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti olacaq.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabah çox isti olacaq

Sabah çox isti olacaq

İyulun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz yarımadanın bə...

11 Şou-biznes 12:55 14 iyul 2016

Son xəbərlər