Sabahın hava proqnozu

Sabahın hava proqnozu
Şou-biznes 2

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 12-də hava şəraitinin buludlu olacağı, arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 24-27, Bakıda gecə 19-21, gündüz 24-26 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 19-20, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21, Türkan, Hövsan, Sahil, Şıxda 22-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında

İyulun 12-də şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 14-19 dərəcə isti olacaq.

BAKU.WS

Oxşar xəbərlər

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

Həftənin ilk iş gününə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən...

1267 Şou-biznes 13:04 10 iyul 2016

Son xəbərlər