Sabah hava bir az da soyuyacaq

Sabah hava bir az da soyuyacaq
Şou-biznes 732
    Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 9-11, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 774 mm civə sütuna yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-12, gündüz 13-16, dağlarda gecə 1-5, gündüz 5-9 dərəcə isti olacaq.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabah hava daha da soyuyacaq

Sabah hava daha da soyuyacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz isə dəyişkən buludlu olacağı, əsasən y...

1013 Şou-biznes 13:35 17 sentyabr 2015

Son xəbərlər