Rza Zərrabla bağlı cinayət işində kimlərin adı var - "Whatsapp" yazışmaları ortaya çıxdı

Rza Zərrabla bağlı cinayət işində kimlərin adı var - Whatsapp yazışmaları ortaya çıxdı
Şou-biznes 3233

 

ABŞ-da həbs olunan azərbaycanlı iş adamı Rza Zərrabdan xəbər var.

BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, ba prokuror Preet Bharara Rzanın Whatsapp yazışmalarını hakimə təqdim edib. Yazışmalarda Acun İlıcalı ilə Rza Zərrabın Dubay istirahəti ilə bağlı ilginç məlumatlar olub. Yazışmadakı məlumatlara görə, Dubaydan qayıdarkən Acunun təyyarəsi xarab olduğu üçün Rza öz təyyarəsini ona göndərib. 

Dubay istirahəti ilə yanaşı, Mayamidə onlara kömək edəcək ingilis dayə və oradakı planları ilə bağlı məlumatlar da ortaya çıxıb. Zərrabın "RZ" kodu ilə istifadə etdiyi Whatsapp hesabında "Adem Turkey" adlı şəxslə ingilis dilində yazışmaları da diqqət çəkib. Zərrab sözügedən şəxslə yazışmalarda şəxsi yaxtasının baxımı, yeni alacağı digər yaxtanın hansı limana hansı bayraqla gedəcəyini müzakirə edib. 

BAKU.WS sözügedən "Whatsapp" yazışmalarından bəzilərini təqdim edir:

Dubaya istirahətə və "Formula 1” izləməyə gedirlər. 

Zərrab "Foprmula 1” izləmək üçün 209 min BƏƏ dirhəmi (təxminən 85 min manat) xərcləyib. 

380 min dirhəm (təxminən 180 min manat) isə "Formula 1” avtomobili istifadə etmək üçün xərcləyib. 

Dubaydan qayıdarkən Acunun təyyarəsi xarab olduğu üçün Rza öz təyyarəsini ona göndərir.

Adər Zərraba Dubaya girişdə problem yaşayıb-yaşamadığını soruşur. Rza Zərrab cavabında problem çıxdığı üçün başqa terminala getmək məcburiyyətində qaldığını və daha sonra isə "yaxşı, məni polislər saxladı" yazıb. 

Bundan başqa, Mayamiyə səfərinə kimi baş verənlər də yazışmalarda var. 

BAKU.WS

Oxşar xəbərlər

"WhatsApp"dan bomba effekti verəcək yenilik

"WhatsApp"dan bomba effekti verəcək yenilik

"WhatsApp" tətbiqi yeni funksiyasının təqdim etməyə hazırlaşır. BAKU.WS məlumat verir ki, Android telefonlarında görüntülü danışıqların test müddəti artıq başl...

4084 Sosial 09:32 24 may 2016

Son xəbərlər