Whatsapp və Facebook-la bağlı maraqlı iddia

Whatsapp və Facebook-la bağlı maraqlı iddia
Sosial 1282

 

Whatsapp və Facebook ilə bağlı maraqlı iddia ortaya atılıb.

BAKU.WS-in məlumatına görə, dünyanın ən məşhur mesajlaşma tətbiqi olan WhatsApp-da Facebook ilə məlumat mübadiləsi apara biləcək program kodlarından istifadə olunduğu məlum olub. 

WhatsApp-ın beta versiyasında kəşf olunan kodlar tətbiqin hesab məlumatlarını Facebook ilə paylaşa biləcəyinə əsas verir. Bununla yanaşı, funksiyanın tətbiq edilib edilməyəcəyi hələlik dəqiq bilinmir.

WhatsApp-ın sahibi olan Facebook bu cür bir məlumat mübadiləsi ilə pulsuz olaraq təqdim edilən tətbiqdən gəlir əldə etməyi planlaşdırır. 

Qeyd edək ki, Facebook sözügedən funksiyanı artıq Instagram vasitəsilə tətbiq edir. Belə ki, Instagram istifadə etmək istəyən şəxs Facebook vasitəsi ilə bu sosial şəbəkəyə giriş imkanı əldə edir. 

BAKU.WS

Oxşar xəbərlər

Telefonunuza bu mesaj gəlsə "WhatsApp"ınız çökəcək

Telefonunuza bu mesaj gəlsə "WhatsApp"ınız çökəcək

Dünyanın ən məşhur mesajlaşma tətbiqi olan WhatsApp-ın çökə biləcəyi ortaya çıxıb. BAKU.WS-in məlumatına görə, tətbiq hər hansı istifadəçi tərəfindən asanca da...

3700 Şou-biznes 12:45 25 dekabr 2015

Son xəbərlər