Telefonunuza bu mesaj gəlsə "WhatsApp"ınız çökəcək
Dünyanın ən məşhur mesajlaşma tətbiqi olan WhatsApp-ın çökə biləcəyi ortaya çıxıb.
BAKU.WS-in məlumatına görə, tətbiq hər hansı istifadəçi tərəfindən asanca dağıdıla bilər. Bunun üçün istənilən adama 4 min smayl göndərməsi kifayətdir. Tətbiqdəki boşluğu İndrajit Bhuyan adlı müstəqil bir araşdırmaçı kəşf edib. Bhuyan bir istifadəçiyə 4 min smayl ifadəsi göndərərək tətbiqin kilidlənib çökməsinə səbəb olub.
WhatsApp-ın bu boşluğu bütün əməliyyatlar sistemində çalışan tətbiq üçün böyük təhlükədir. Bununla yanaşı, "Chrome", "Opera" və "Firefox"dan istifadə edən "WhatsApp Web" istifadəçiləri də müdafiəsiz vəziyyətdədirlər. "Windows Phone" və "iOS" tətbiqlərinin isə hücuma qarşı müdafiəsiz olub olmadığı hələlik bəlli deyil.
BAKU.WS
Oxşar xəbərlər
Whatsapp-dan inqilabi yenilik (FOTO)
Dünyanın tanınmış mesajlaşma proqramı Whatsapp daha bir yeniliyə imza atır. BAKU.WS-in məlumatına görə, mesajlaşma proqramına görüntülü zəng funksiyası əlavə...