Rus dünya çempionunun toyunda "Sarı Gəlin" sədaları yüksəldi (VİDEO)
Rusiyalı Olimpiya çempionu, iki qat dünya çempionu Abdulraşid Sadulayevin toy mərasimində Azərbaycanın xalq mahnısı "Sarı Gəlin" səsləndirilib.
BAKU.WS xəbər verir ki, gəlin toya xalq mahnımızın sədaları altənda daxil olub. Daha sonra isə rəqqasələr gəlinlə birlikdə "Sarı Gəlin" musiqisinə rəqs ediblər. Sadulayev Dağıstan Dövlət Universitetinin Psixologiya Fakültəsinin ikinci kurs tələbəsi Zaira Şapiyeva ilə ailə həyatı qurub. Toy Mahaçqalada "Jemçujina" sarayında baş tutub.
Qeyd edək ki, tank ləqəbli Abdulraşid Sadulayev sərbəst güləş üzrə 86 kq çəkidə iki dəfə dünya çempionu, Avropa çempionu, iki dəfə isə Rusiya çempionu titullarının sahibidir. O, 1996-cı ildə Dağıstan respublikasının Çarodinski rayonunda anadan olub. Milliyyətcə avardır.
Aynur Ələkbərova
BAKU.WS
Oxşar xəbərlər
"Sarı gəlin"lə "Tanqo" bir arada (VİDEO)
Azərbaycanda çox fərqli bir layihə reallaşdırılıb. BAKU.WS "Ölkə.Az"-a istinadən xəbər verir ki, bu layihə paytaxtımızın seçmə incəsənət mərkəzlərində- "Beynəl...