Roza Zərgərlinin aktyor oğluna ev verildi - FOTO

06
iyl
2022
10:19
Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü oğlu Corc Qafarova ev verilib.
BAKU.WS xəbər verir ki, bu barədə Corc özü bildirib. O, BAKU.WS-ə açıqlaması zamanı 2 saylı uşaq evinin yetirməsi olduğuna görə ona mənzil təqdim olunduğunu deyib:
"2 saylı uşaq evinin yetirməsi olduğuma görə Sosial Xidmətlər Agentliyinə evimin olmaması ilə bağlı müraciət etdim. Mənə Sumqayıt şəhərində yerləşən sosial evlər layihəsi çərçivəsində 1 otaqlı ev verilib".
Qeyd edək ki, C.Qafarova Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən ona ev verildiyini təsdiq edən sənəd təqdim edilib.
Qalereya
Oxşar xəbərlər
Roza Zərgərli: “Corcu niyə Mehmanla müqayisə edirsiz?” - VİDEO
Bir neçə gündür ki, müğənni Roza Zərgərlinin oğlu Corc Qafarovun Qaraçuxur bələdiyəsinə üzv seçilməsi müzakirələr yaradıb. Hazırda “İmtahan” serialında rol alan...
