Röyanın keçmiş əri döyülməsi xəbərindən danışdı
15
iyl
2016
16:02
Əməkdar artist Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov döyülməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib.
BAKU.WS xəbər verir ki o, "İnstagram” bloqunda fotosunu paylaşaraq, "Bütün yazılanlara və təxribatlara inanmayın” - qeydini yazıb. Xatırladaq ki, AzNews.az "Çudo-Peçka” mağazalar şəbəkəsinin rəhbəri, iş adamı Çingiz Cəlilovun oğlu, müğənni Röya Ayxanın keçmiş əri Anar Cəlilovun bir neçə gün əvvəl vəhşicəsinə döyülməsi haqqında xəbər yayıb. Xəbərdə göstərilib ki, hadisə Bakının məşhur gecə klublarından birində baş verib. İnsident zamanı A.Cəlilov və onunla birlikdə kluba gələn qardaşı mühafizəçilər tərəfindən şil-küt edilib. Bir neçə nəfər tərəfindən döyülən Anarın sifəti darmadağın edilib. Döyülən şəxslər aldıqları ciddi xəsarətlərlə xəstəxanaya çatdırılıblar. BAKU.WSOxşar xəbərlər
Röyanın keçmiş əri vəhşicəsinə döyüldü - Bakıda gecə klubunda dava, həbslər var
Bir neçə gün əvvəl "Çudo-Peçka” mağazalar şəbəkəsinin rəhbəri, iş adamı Çingiz Cəlilovun oğlu, müğənni Röya Ayxanın keçmiş əri Anar Cəlilov vəhşicəsinə döyülüb....