“Çudo Peçka” Röyanın keçmiş qayınatasına qaytarıldı

“Çudo Peçka” Röyanın keçmiş qayınatasına qaytarıldı
Sosial 4145

"Çudo Peçka” mağazalar şəbəkəsi məhkəmə qərarı ilə şirkətin əvvəlki sahiblərinə qaytarılıb. Bu barədə əməkdar artist Röya Ayxanın eks-həyat yoldaşı Anar Cəlilov sosial şəbəkədə məlumat yayıb. Anar Cəlilov mağazalar şəbəkəsinin yenidən atası Çingiz Cəlilova verildiyini bildirib: "Son beş ildə "Bakery Operating Company" MMC-nin idarəçiliyinə verilmiş "Çudo-Peçka" mağazalar şəbəkəsi məhkəmə qərarına əsasən 15.02.2016-cı ildə şirkətin qanuni təsisçilərinə qaytarılıb. Artıq "Bakery Operating Company" MMC-nin və direktoru Azad Abdullayevin qaranlıq işləri səlahiyyətli şəxslər tərəfindən araşdırılmağa başlanılıb. Nəticələr barədə məlumat veriləcək”. Qeyd edək ki, Röya Ayxan Anar Cəlilovla 2008-ci ildə ailə həyatı qursa da, cütlük 2014-cü ilin avqustunda boşanıb. BAKU.WS

Oxşar xəbərlər

Röyanın "Kesin bilgi"si plagiat çıxdı (VİDEO)

Röyanın "Kesin bilgi"si plagiat çıxdı (VİDEO)

Tanınmış müğənni, əməkdar artist Röya Ayxanın məşhur "Kesin bilgi” mahnısı plagiat çıxıb. BAKU.WS məlumat verir ki, bu haqda məlumatı vesti.az saytı yayıb. Mə...

2226 Şou-biznes 12:16 09 yanvar 2016

Son xəbərlər