Röya selfi çəkən gəncə arxa çevirməsindən danışdı (FOTO, VİDEO)
Əməkdar artist Röya Ayxan toyda onunla selfi edən oğlana üz çevirdiyi üçün gündəmə gəlmişdi.
BAKU.WS məlumat verir ki, Röyanın bu hərəkəti birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri müğənninin ünvanına tənqidi sözlər deyərək onun davranışını mədəniyyətsizlik adlandırıblar.
Müğənni bu məsələ ilə bağlı Instagram hesabında həmin oğlanla fotosunu paylaşaraq olanların bir zarafat olduğunu bildirib:
"Baxın, bu da oğlanın özü. Amma doğurdan bizim aramızda olan münasibət və sevgi gözəldi. Sadəcə kənardan kim çəkibsə onu öz adına uyğun təqdim edib".
Sözügedən şəxs də Röyanın fotosuna şərh yazaraq onun sözlərini təsdiqləyib.
BAKU.WS
Oxşar xəbərlər
Röya toyda oğlana arxasını çevirdi (VİDEO)
Əməkdar artist Röya Ayxan toyda etdiyi hərəkətə görə tənqid olunub. BAKU.WS məlumat verir ki, paytaxt restoranlarının birində toyda olan müğənni səhnədə mahnı...