Röya oğlundan danışdı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Röya Ayxan sosial şəbəkədə yeni paylaşım edib.
BAKU.WS xəbər verir ki, sənətçi şəxsi “Instagram” hesabında yeni video yayımlayıb.
Roya videoda yeganə övladı Hüseynin uşaqlığından danışıb. O, oğlununun körpə olanda Xalq artisti Məleykə Əsədovanın mahnısına qulaq asdığını bildirib:
“Hüseyn 6 aylığından bir yaşına qədər Xalq artisti Məleykə Əsədovanın “Bu naz yaraşır” mahnısına qulaq asıb.
Hüseyn ancaq bu mahnı ilə yemək yeyirdi. Hər birimizin övladı körpə olanda mütəmadi qulaq asdığı mahnılar var.
Bəzilərinə hətta cizgi filmi göstərirlər. Bu gün oğluma onun uşaqlıq vaxtlarından danışdım. Əziz valideynlər, hərdən övladınıza onun uşaqlıq illərindən danışın.
Bu, onlar üçün çox maraqlıdır. İndi oğlum futbola baxır. Uşaqlıqdan atamın davalarını görmüşəm, necə qışqırırdı futbolu izləyəndə... Sonra həyat yoldaşımın futbol sevgisini görmüşəm”.
Qalereya
Oxşar xəbərlər
Mələk Heydərova: "Onları efirdə xoruz kimi döyüşdürürlər" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aparıcı Mələk Heydərovadır.- Özünüzü necə təqdim edərdiniz?- Təzə-təzə tanınmağa başlayanlar deyə bilər ki, aparıcı, aktrisa. Mənə...