"Tüklərim biz-biz oldu" - Tarixə düşən Nigar Jamalla VİDEOMÜSAHİBƏ

"Eurovision - 2011" mahnı müsabiqəsinin qalibi, müğənni Nigar Jamal BAKU.WS saytına eksklüziv müsahibə verib.
- Adınız 11-ci siniflər üçün nəzərdə tutulmuş “Azərbaycan tarixi” dərsliyinə düşüb. Mənə maraqlıdır, məktəb vaxtı tarix fənninə münasibətiniz necə olub və o vaxt düşünürdünüzmü ki, nə vaxtsa sizin də adınız tarix kitabına düşəcək?- Bu, mənim ən böyük istəyim idi. Həmişə deyirdim ki, Azərbaycanın tarixinə düşmək istəyirəm. İstəyirdim ki, elə həyat yaşayım ki, “o dünya”ya gedəndən sonra ölkəmin tarixində nəsə qalsın. Bu, mənim üçün çox önəmli idi, amma düşünmürdüm ki, 38 yaşımda belə bir şey olacaq. Əlbəttə ki, çox xoşdur. Bilirəm ki, çoxlu danışırlar, söz ata bilərlər, nəsə deyə bilərlər, amma biz Eldarla Azərbaycanın tarixinə düşən yeganə müğənnilərik.- Yaradıcılığınızı izləyəndə gördüm ki, siz Xocalı faciəsinə klip həsr etmisiniz. Klipi izləyəndə çox təsirləndim və fəxr etdim ki, Azərbaycanda musiqi ilə xalqımızın ağrı-acısını dünyaya çatdırmaq istəyən müğənni də var. Bu layihənin yaranması haqda nə danışa bilərsiniz? - Bu layihəni 4-5 il bundan əvvəl həyata keçirmək istəyirdim. Mənim üçün ən önəmlisi Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdırmaqdır.- Bizi daha hansı yeniliklər gözləyir?- Bir-iki aya bu mövsümüm ikinci mahnısı çıxacaq və İnşallah yeni klip çəkdirməyi də düşünürük. İrəlidə hələ çox şey var.
Hüseyn MəmmədsalahovBAKU.WS

Oxşar xəbərlər
Nigar Camal aparıcı Həmid Özgürü suya atdı (VİDEO)
Müğənni Nigar Camal aparıcı Həmid Özgürü suya atıb. BAKU.WS-in əldə etdiyi videodan da göründüyü kimi müğənni ilə aparıcı hovuzun kənarında söhbət edir. Geyimlə...