Nigar Camal üçün özəl gün (FOTO)

Nigar Camal üçün özəl gün (FOTO)
Şou-biznes 3731

Bu gün "Eurovision-2011” təmsilçimiz Nigar Camalın doğum günüdür.

BAKU.WS xəbər verir ki, müğənni "İnstagram” bloqunda fotosunu paylaşaraq, "Mən hər il bu günü müxtəlif cür qarşılayıb, yola salıram. Həm də çox nadir hallarda qeyd edirəm.

Bəzi doğum günlərim isə yaddaşıma əbədi həkk olunub. Doğum günümü dostlarımla da, ailəmlə də, hətta tək də qeyd etdiyim olub... Bu günümdə gülmüşəm də, kədərlənmişəm də, sevmişəm də, hətta nifrət də etmişəm... Qısası, xatırlamağa çox şey var. Baxaq görək, yeni gün mənə nə vəd edir. Önəmli olan odur ki, 36 il əvvəl bu gün mən doğulmuşam. İllər sürətlə ötür, mən artıq "xalaşkayam”, - qeydini yazıb.

Qeyd edək ki, Nigar Camal 1980-ci il sentyabrın 7-də Bakıda doğulub.

1985-1986-cı illərdə şəhər uşaq ansamblında solist kimi çıxış edib. 1988-1996-cı illərdə "Pöhrə” respublika mahnı müsabiqəsində iştirak edib. 1996-cı ilin mayında sözügedən müsabiqənin fəxri diplomunu qazanıb. 1997-ci ildə Nizami rayonu, 201 saylı orta məktəbi bitirib. 1997-2001-ci illərdə Xəzər Universitetinin iqtisadiyyat və menecment fakültəsində təhsil alıb. "Planet Parni iz Baku”nun 2000-ci ildə keçirilən konsertində çıxış edib.

2005-ci ildə Şimali Kiprdən olan olan iş adamı Haluk Camalla ailə qurub. Bir neçə il Londonda yaşayıb.  Jasmin və Səidə adlı iki qızı var. Hazırda müğənni həyat yoldaşından boşanıb.

O, 2011-ci ildə keçirilən "Eurovision” mahnı yarışmasında Eldar Qasımovla birgə ifa etdikləri "Running Scared” mahnısı ilə birincilik qazanıblar.

Nigar Camal R&B, soul və pop janrlarında musiqilər ifa edir.

Hazırda o, Türkiyədə yayımlanan "X factor” yarışmasında münsif üzvüdür.

Aysel.Ş

BAKU.WS

 

Son xəbərlər