Röya Ayxanın qardaşı İsmayılın TOYUNDAN GÖRÜNTÜLƏR - VİDEO

Ötən Xalq artisti Röya Ayxanın ailəsində xoş gün olub.
BAKU.WS xəbər verir ki, sənətçinin qardaşı İsmayıl Nəcəfov subaylığın daşını atıb.
O, türkiyəli Cansu adlı xanımla ailə həyatı qurub. Cütlüyün toyu paytaxtın dəbdəbəli məkanlarından birində baş tutub. Toyda İsmayılın ailə üzvləri, yaxınları, dostları və tanınmış sənət nümayəndələri yer alıblar. Məclis mediaya qapalı təşkil edilib.
Cansunun saç və makiyajı üzərində tanınmış stilist Elnur Həsənov çalışıb. Toyda Röya Ayxan daş-qaşlarla bəzədilən tül geyimi ilə xeyli diqqət çəkib. Onun libasını tanınmış modelyer və dizayner Gulya Vəkilova hazırlayıb.
Qeyd edək ki, İsmayılla Cansu 8 ildir sevgili idi. Cütlük bir müddət əvvəl nişanlanıb. Cansu bağça müəllimidir. Onlar toydan sonra Türkiyədə yaşayacaqlar. İsmayıl müğənnidir. O, Türkiyə şou-biznesində fəaliyyət göstərir.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...
