Röya Ayxandan təsirli paylaşım: "O barmaqlar daha mənim üçün çalmır"
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Röya Ayxan mərhum bəstəkar Nailə Mirməmmədli ilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, sənətçi illər əvvəl onunla birlikdə mahnı ifa etdiyi kadrları sosial şəbəkə izləyiciləri ilə bölüşüb.
Xalq artisti görüntülərə yazdığı sözləri ilə hər kəsi kövrəldib:
"Əsəri məşq etdik, öyrəndik. Amma lentə almaq qismət olmadı. Çünki o barmaqlar bir daha mənim üçün çalmır. Bir gün balaca Nailə bu pianinonu mənim üçün yenidən açacaq. Buna əminəm!".
Xatırladaq ki, bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli 3 il əvvəl, 2021-ci ilin yanvarında vəfat edib.
Oxşar xəbərlər
Məşhur aktrisa müflis oldu, stressdən ayaqları tutuldu
Aktrisa Demet Evqar yeni xəbərlə gündəm olub. BAKU.WS xəbər verir ki, o prodüserliyini etdiyi "Macbeth" adlı layihəsinə görə böyük məbləğdə pul itirib. Maliyyə...