Röya Ayxan "Verdim getdi" adlı klipini təqdim etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Röya Ayxan bu gün "Verdim getdi" adlı yeni sinqlını sevənlərinin ixtiyarına verib.
BAKU.WS xəbər verir ki, mahnının sözləri Həsən Babayevə, musiqisi isə Tərlan Məmmədhüseynova məxsusdur.
Bəstənin aranjimanı və miksi üzərində Tərlan Məmmədhüseynov çalışıb. Xalq artisti bu mahnısına da, Türkiyədə ekran həyatı verib. "Verdim getdi" mahnısına klipi məşhur türk sənətçilərinin klipmeykeri Ramazan Arslankaya çəkib.
Pop ulduz bu klipində 6 fərqli obrazı canlandırıb. Məşhur modellərin xüsusi olaraq Röya Ayxan üçün hazırladığı ekstravaqant üslubda geyimləri klipə xüsusi rəng qatıb. Ekran işi üzərində böyük rəssam, stilist və xoreoqrafdan ibarərət komanda çalışıb.
Klipdə Röya Ayxanı Türkiyənin məşhur pop sənətçisi Hadisənin rəqqas qrupu müşayət edib. Böyük maliyyə tutumlu klipə pop ulduz külli miqdarda pul xərcləyib.
Sənətçi məşqlər zamanı dəfələrlə İstanbula səyahət edib, geyimlər xüsusi olaraq hazırlanıb, ümumi proses 2 ay müddətinə yekunlaşıb. Ekran işinin layihə rəhbəri Anar Ağakişiyevdi.
Qalereya
Oxşar xəbərlər
Türkiyənin məşhur serialı beynəlxalq "Emmy" mükafatını qazandı
Türkiyənin "Leyla: Həyat... Sevgi... Ədalət" serialı 54-cü Beynəlxalq "Emmy" mükafatlandırma mərasimində qalib olub. BAKU.WS "Anadolu" agentliyinə istinadən xəb...