Röya Aygün Kazımovanın repertuarından "Uzaqlıq"ı seçdi
Pop kraliça, Xalq artisti Röya Ayxan diva, Xalq artisti Aygün Kazımovanın repertuarından sevilən "Uzaqlıq" mahnısını fərqli ifa tərzi ilə təqdim edib.
BAKU.WS xəbər verir ki, Eldar Mansurovun musiqisi, Vahid Əzizin sözləri əsasında ərsəyə gələn mahnı Röyanın ifasında yeni ovqat qazanıb.
Yay enerjisi, parlaq rənglər və dinamik kadrlarla hazırlanan klipdə sənətçi 3 fərqli obrazda təqdim olunur.
Klipin rejissoru Delee Oruclu, montaj və rəng həlli Ravil Askerov, aranjimanı isə Camal Qurbanov tərəfindən həyata keçirilib. Layihənin səsyazma, miks-masterinq və prodakşn işlərini Toufan Records həyata keçirib.
Rəngarəng vizuallığı, fərqli obrazları və Röyanın enerjili ifası ilə "Uzaqlıq" həm nostalji hissi, həm də müasir yay atmosferini bir araya gətirib.
"Uzaqlıq" artıq bütün musiqi platformalarında dinləyicilərin ixtiyarındadır.
Oxşar xəbərlər
Məşhur aktyor xəstəlikdən sonra ekranlara qayıdır
Türkiyəli aktyor Ufuk Özkan qaraciyər transplantasiyasından sonra səhhətinə qovuşaraq ekranlara geri dönür. BAKU.WS xarici mediaya istinadən xəbər verir ki,Akty...