Rio Olimpiadasında ermənilərin Azərbaycana qarşı yeni TƏXRİBATI – VİDEO
Braziliyanın Rio-de-Janeyro şəhərində davam edən Yay Olimpiya Oyunlarında Azərbaycana qarşı təxribata yol verilib.
Modern.az xəbər verir ki, Rusiya gimnastika yığmasının erməni mənşəli üzvü Seda Tutxalyan təsnifat mərhələsindəki çıxışını "Artsax” musiqisi altında yerinə yetirib.
Xatırladaq ki, Ermənistan təbliğat maşını kompozisiyanın bəstəkar Ara Gevorqyan tərəfindən Qarabağ ermənilərinə ithaf edildiyini iddia etsələr də, tarixi faktlar onun bu əsəri azərbaycanlı bəstəkar Fiktər Əmirovun məşhur "Kor ərəbin mahnısı” kompozisiyasını müasir tərzdə aranjiman edərək oğurladığı üzə çıxıb.
Gümrü şəhərindən olan və Rusiya yığmasının heyətində Avropa Oyunlarının qızıl və gümüş medallarını qazanmış Seda Tutxalyanın Azərbaycan musiqsindən oğurlanan "Artsax” kompozisiya sədaları altında rəqsini təqdim edirik.
BAKU.WS
Oxşar xəbərlər
XXXI Yay Olimpiya Oyunlarının açılış mərasiminə start verildi - FOTO
Avqustun 6-da Bakı vaxtı ilə saat 03:00-da Braziliyanın Rio-de-Janeyro şəhərindəki "Marakana” stadionunda XXXI Yay Olimpiya Oyunlarının möhtəşəm açılış mərasimi...