"Rəisim" mahnısı ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO
                            
                                18
                                may
                            
                                2022
                                09:49
                            
                            
                        Müğənni Mujgan Ayxanın yeni klipi qalmaqala səbəb olub.  BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə yayılan "Rəisim" adlı mahnının sözləri sevgilisi olan rəislərə həsr edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bununla bağlı açıqlama verib: "İstənilən təbliğat maarifləndirmədə faydalı olur. Polisin fəaliyyəti insanlara görə yox, insanların əməllərinə görə dəyişir. Polis sıralarında olan hər bir əməkdaş xalqın övladıdır. Bu mənada görülən işlər, həyata keçirilən tədbirlər polisin fəaliyyətinin əsasıdır. Ancaq hamı razı qala bilməz, çünki mübahisəlidir. Polisdən o insan razıdır ki, qanunlara ehtiramla yanaşır, ictimai münasibətlərə, hüquq qaydasına şərtsiz əməl edir". Qeyd edək ki, mahnının söz və musiqisi Temmiyə aiddir. Klipin rejissorluğunu Sənan Hüseynov edib.  
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
Məşhurlar Manaf Ağayevin həbsindən yazdılar: "Əfv olunmasını xahiş edirik"
Ötən gün müğənni Manaf Ağayev və Sənan Hüseynov 15 sutka həbs edilib. Bununla bağlı Yasamal Rayon Məhkəməsi qərar çıxarıb. İfaçının sənət dostları onun həbsi il...