Real hadisələrə əsaslanan və gündəm olan "Mikrorayon" serialı barədə bilinməyənlər...

Real hadisələrə əsaslanan və gündəm olan Mikrorayon serialı barədə bilinməyənlər...
Video
Şou-biznes 143

Azərbaycan televiziya məkanında yeni ekranlara gələn "Mikrorayon" serialı böyük marağa səbəb olub. Cəmi 3 bölümü yayımlanmasına baxmayaraq, tamaşçıların diqqətini çəkən ekran işi sosial şəbələlərin ən çox danışılan mövzusuna çevrilib.

BAKU.WS xəbər verir ki, "İctimai TV"də yayımlanan ekran işində hadisələr Sovet dövründən qalan və müasirləşməyən mikrorayonda cərəyan edir. Layihənin çəkilişləri Sumqayıtda, Sahil qəsəbəsi və paytaxt Bakıda reallaşdırılıb.

Kriminal dram jarnlı ekran əsərinin süjet xəttində bir qrup yeniyetmənin dostluğu, ailə problemlərindən bəhs edilir. Onlar kriminal aləmə maraq göstərirlər və o mühitin təsirinə düşürlər.

Real hadisələrə əsaslanan və gündəm olan

Burada Adil, Fərid, Sabir, İdris və Daşqın adlı yeniyetmələr həyatda ilk ciddi sınaqlarını yaşamaq üçün bir araya gəlirlər. Onlar öz travmaları, qorxuları və arzuları ilə mübarizə aparıblar.

Real hadisələrə əsaslanan və gündəm olan

"Mikrorayon" serialının ideya müəllifi və baş prodüseri Sevinc Əliyevadır.

Ekran işi "SFN Production" tərəfindən ərsəyə gətirilib. Bir müddət əvvəl isə eyni prodakşn səs-küylü "Vətəndaş A" serialını təqdim etmişdi.

Serialın rejissoru Qulu Əsgərov, ssenari müəllifi Gəray Həsəndir. Layihənin 12-ci bölümdə final edəcəyi planlaşdırılıb.

Real hadisələrə əsaslanan və gündəm olan

Serialın ssenari müəllifi Gəray Həsən mətbuata açıqlamasında serialın ideyasının yaranmasından, obrazların necə tapılmasından danışıb. O bildirib ki, özü də elə mikrorayonda böyüyüb. Ekran işində isə hər şey real hadisələrə əsaslanıb:

"Mikrorayon" serialının yaranma prosesi belə başladı: layihənin baş prodüseri Sevinc Əliyeva ilə görüşdük. Hətta ideya tam formalaşmamışdan əvvəl o, serialın adını - "Mikrorayon"u düşünmüşdü. Dedi ki, bu adda bir hekayə yaratmaq istəyir. Nəticədə qərar aldıq ki, mikrorayonda baş verən hadisələri, oradakı ailələri, müxtəlif problemləri göstərək və lazım gəldikdə cəmiyyətə müəyyən mesajlar verək. Ssenari konkret real şəxslərə istinadən qurulmayıb. Sadəcə, serialda yer alan bəzi hadisələr real həyatda baş vermiş hadisələrə əsaslanır. Biz onları bədii formada tamaşaçıya çatdırmağa çalışmışıq".

Real hadisələrə əsaslanan və gündəm olan

Layihənin əsas məqsədi müasir gənclərin və yeniyetmələrin həyatını, valideynlərin övladlarına yetərincə diqqət ayırmamağının, onların yanlış yollara yönəlməsinə səbəb olduğunu göstərməkdir.

Real hadisələrə əsaslanan və gündəm olan

Ekran əsərində əsas rollardan birini Əməkdar artist Məsmə Aslanqızı canlandırır.

Digər rollarda Əməkdar artist Şövqi Hüseynov, Eltəkin Xan, Zülfiyyə Qurbanova, Ülvi Haşım, Orxan İskəndərli, Elşən Əskərov, Oktay Mehtiyev, Vüsalə Ağayeva kimi aktyorlar çəkiliblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər