Rafael İsgəndərovun nəvəsi ilə Zəfər günü paylaşımı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist Rarafel İsgəndərovun qızı Gülarə sosial şəbəkədə yeni paylaşım edib.
BAKU.WS xəbər verir ki, o, sosial şəbəkə hesabında atası Rafaelin və qızı Zəhranın görüntülərini paylaşıb.
Videoda İsgəndərovun 4 yaşlı nəvəsi dövlət himnimizi oxumağa çalışıb. Babası Rafael isə onun pianinoda müşayiət edib.
Gülarə paylaşdığı görüntülərə bu sözləri də əlavə edib:
“Zəfərin Mübarək Vətən! Bu zəfəri bizə yaşadan , 30 ilin həsrətinə son qoyan şəhidlərimizə, qazilərimizə, prezidentimizə çox sağol deyirəm. Allah torpaq altında yatan o igid qardaşlarımıza rəhmət eləsin, qazilərimizə şəfa versin. Çox sağ olun ki, illər sonra vətənimizin bütövlüyünü bərpa etdiniz. Əziz şəhid anaları qarşınızda baş əyirik...”.
Gülarənin atası ilə qızı Zəhranın görüntüləri sosial şəbəkə istifadəçiləri tərəfindən maraq və rəğbətlə qarşılanaraq çox bəyənilib.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...