Qayınatasına "ata" deyən, atasından şiddət görən, küsən MƏŞHURLAR - SİYAHI

Qayınatasına ata deyən, atasından şiddət görən, küsən MƏŞHURLAR - SİYAHI
Foto
Şou-biznes 2212

Türkiyəli məşhurlar təqdim etdiyi işlər və şəxsi həyatları qədər ailəsi ilə yaşadıqları problemləri ilə də gündəm olublar. Onların bir çox ya ailəsindən ya da ailə üzvlərindən küsərək illərdir onları danışdırmır.

Bu dəfə BAKU.WS saytı ailəsindən küsən, valideynləri ilə problem yaşayan həmin məşhurların siyahısını təqdim edir:

Aktrisa Serenay Sarıkaya

Uşaq vaxtlarında atası anasını tərk etdiyi üçün Serenay atası ilə danışmır. O illərdir onunla küslüdür.

Qayınatasına

Aktyor Umut Oğuz

Uşaqikən ailəsində şiddət və zorakılıq gördüyü üçün ailə üzvlərindəın heçkimlə danışmır. O illərdir ailəsi ilə küslüdür.

Qayınatasına

Aktrisa Pelin Karahan

Aktrisa illər əvvəl atası Ali Karahan anasından boşandığı üçün ondan küsüb. Pelin illərdir atası ilə danışmır. O həyat yoldaşı Bedri Güntayın atasına, yəni qayınatasına "ata" deyə müraciət edir.

Qayınatasına

Müğənni Ebru Gündeş

Ebru Gündeşin atası Remzi Gündeş onu kiçik yaşlarında tərk edib. Bu səbəbdən Ebru və anası illərdir atası ilə danışmır. Ebru Gündeş müsahibələrindən birində "Atam mən uşaq olanda ölüb" deyə açıqlama verib.

Qayınatasına

Model və aktrisa Aysun Kayacı

Atası Selahattin Kayacı illər əvvəl onu döydüyü üçün aktrisa onunla küslüdür. Aysun Kayacı atasının onu möhkəm döyərək burnunu qırdığını bildirib.

Qayınatasına

Aparıcı və aktrisa Burcu Esmersoy

İllərdir atası ilə küslüdür və danışmır.

Qayınatasına

Aktrisa Hande Ataizi

Aktrisanın atası memardır. O atası ilə illərdir küslüdür və danışmır.

Qayınatasına

Model və aktrisa Güzide Duran

Güzide illərdir atası ilə danışmır. Atası açıqlamalarından birində "Mən TIR sürücüsüyəm deyə qızım məni saymır" deyə bildirib.

Qayınatasına

Son xəbərlər